Məşhur futbol ulduzu Şahruddinin komanda yoldaşı oldu - FOTO

Xəbərlər
16 Sentyabr 2023 11:43
124
Məşhur futbol ulduzu Şahruddinin komanda yoldaşı oldu - FOTO

İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu müəyyənləşib.

İdman.biz xəbər verir ki, 33 yaşlı hücumçu Türkiyənin "Adana Demirspor" klubuna keçib.

Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son klubu İsveçrə "Sion"u olan forvardla 1+1 illik müqavilə imzalanıb. 2021/2022 mövsümündə də bu klubda çıxış edən futbolçu Adana təmsilçisinə azad agent kimi qoşulub.

Xatırladaq ki, milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl "Qarabağ"dan "Adana Demirspor"a keçib.

İdman.biz