“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stına Moldova millisinin Millətlər Liqasındakı qarşıdakı matçlarına dəvət alıb.
İdman.Biz xəbər verir ki, Moldova millisinin baş məşqçisi Lilian Popesku Gəncə klubunun futbolçusunu yığmaya çağırılan 17 legionerin siyahısına daxil edib.
Stına ilə yanaşı, heyətə Qazaxıstan, Qırğızıstan, Belçika, Ukrayna, Rumıniya, Kanada, Özbəkistan, Şotlandiya, Rusiya, Albaniya, İtaliya, Avstraliya və Gürcüstan çempionatlarında çıxış edən futbolçular da cəlb olunublar.
