Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu “Bütün dövrlərin Qızıl topu” səsverməsində qazandığı qələbəyə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu X sosial şəbəkəsində paylaşım edərək bu uğuru azarkeşlərinə həsr edib.
“Futbol azarkeşlərə məxsusdur! Bütün dünyadakı azarkeşlərə təşəkkür edirəm. “Bütün dövrlərin Qızıl topu” sizə də məxsusdur”, - deyə Ronaldu yazıb.
Xatırladaq ki, “Qızıl top”un təşkilatçılarının keçirdiyi xüsusi onlayn səsvermədə Ronaldunun 2008-ci ildə qazandığı mükafat bütün dövrlərin ən yaxşısı seçilib.
Həmin vaxt “Mançester Yunayted”də çıxış edən portuqaliyalı futbolçu karyerasında ilk dəfə “Qızıl top”a sahib olmuşdu. Ronaldu ümumilikdə bu mükafatı beş dəfə qazanıb.
