“Liverpul”un futbolçusu Aleksandr İsak yeni mövsümün startı ilə bağlı təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, isveçli futbolçu rəsmi matçların başlamasına sevindiyini və yayda keçdikləri hazırlıqdan razı qaldığını bildirib.
“Yeni mövsümün başlamasına çox şadam – insan bundan darıxmağa başlayır. Mövsümönü hazırlıq yaxşı keçdi və mən mövsümün startından, həmçinin bir neçə qol vura bildiyimdən razıyam. Əsas məsələ ritmi qoruyub saxlamaqdır”, – deyə İsak “Liverpul”un rəsmi saytına bildirib.
Forvard xüsusilə “İpsviç”la matçı qeyd edib. O, həmin görüşdə iki qola imza atıb.
“İpsviç”la necə oynadığım gələcəkdə də necə çıxış etmək istədiyimi göstərir. Bu oyun məni çox sevindirdi, lakin bu, hələ mövsümün başlanğıcıdır və mən işləməyə davam etməliyəm”, – deyə o əlavə edib.
İsak fiziki durumundan da razı olduğunu və komandanın oyununda irəliləyiş gördüyünü vurğulayıb.
“Özümü yaxşı hiss edirəm və uyğun yerdəyəm. Komanda olaraq daha da güclənirik. Biz bu ritmi qoruyub saxlamaq istəyirik”, – deyə hücumçu sözlərini yekunlaşdırıb.
