Qranit Caka və Brel Embolo İsveçrə millisinə qayıda biləcəklər

28 Oktyabr 2026 00:29
110
Qranit Caka və Brel Embolo İsveçrə millisinə qayıda biləcəklər

İsveçrə Futbol İttifaqı (SFV) yarımmüdafiəçi Qranit Caka və hücumçu Brel Embolonun yenidən milli komandaya dəvət olunmasına imkan yaradıb.

İdman.Biz SFV-ə istinadən xəbər verir ki, “Sanderlend”in yarımmüdafiəçisi Caka və “Atlanta”nın hücumçusu Embolo bundan sonra milli komandaya namizədlər sırasında nəzərdən keçiriləcəklər.

Hər iki futbolçu daha əvvəl koronavirusa qarşı saxta peyvənd sertifikatları ilə bağlı qanun pozuntularına görə yığmadan kənarlaşdırılmışdı.

“Schweiz Heute” nəşrinin məlumatına əsasən, Embolo xarici səfərlər üçün saxta COVID-19 sertifikatları alıb. 2025-ci il noyabrın 25-də Bazel prokurorluğu sənədlərin saxtalaşdırılmasında iştirakına görə futbolçu barəsində cəza qərarı çıxarıb. Ona ikiillik sınaq müddəti ilə 60 min İsveçrə frankı (təxminən 63 min avro) məbləğində şərti cərimə təyin edilib.

İsveçrə millisinin kapitanı Caka isə saxta peyvənd sertifikatı əldə etdiyini etiraf edib.

SFV-nin açıqlamasında bildirilir ki, hər iki futbolçu ilə bağlı qərar qurumun Mərkəzi Şurası tərəfindən qəbul olunub. Qərar 2021 və 2022-ci illərdə saxta koronavirus peyvəndi sertifikatlarının əldə edilməsi ilə əlaqədar məhkəmə proseslərinin bütün hallarının hərtərəfli araşdırılmasından sonra verilib.

İdman.Biz