Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli futbolçu Məhəmməd Salahı görüşə dəvət edib.
İdman.Biz “Haberler”ə istinadən xəbər verir ki, məsələ Ərdoğanın “Trabzonspor”un prezidenti Ertuğrul Doğan və klub rəhbərliyi ilə son görüşü zamanı müzakirə olunub.
Qeyd olunur ki, Ərdoğan Salahın vəziyyəti ilə maraqlanıb. Bundan sonra Doğan misirli futbolçunun Türkiyə Prezidenti ilə şəxsən tanış olmaq istədiyini bildirib.
Buna cavab olaraq Ərdoğan köməkçilərinə ən yaxın vaxtda görüş təşkil etməyi tapşırıb.
Görüşün Ankaradakı Prezident Sarayında keçirilməsi gözlənilir. Tarix tərəflərin qrafikləri nəzərə alınmaqla müəyyənləşdiriləcək.
