Bundesliqanın üçüncü turunda “Union” doğma meydanda “Şalke”ni qəbul edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Şalke”nin heyətində Robin Qosens 25-ci, Adil Auşiş 46-cı, Maksimilian Veber isə 90+13-cü dəqiqədə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 90+6-cı dəqiqədə Skarke vurub.
Bu qələbə “Şalke” üçün həm Bundesliqanın yeni mövsümündə, həm də elit diviziona qayıtdıqdan sonra ilk olub.
