Fransa Liqa 1-in dördüncü turunda “Renn” doğma meydanda “Marsel”i qəbul edib.
İdman.Biz xəbər verir ki, “Roazon Park” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 52-ci dəqiqədə “Renn”in yarımmüdafiəçisi Adrien Tomasson vurub.
Bu qələbədən sonra “Renn” 4 oyunda 10 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Marsel” isə 3 xalla 11-ci pillədə qərarlaşıb.
Növbəti turda “Renn” sentyabrın 19-da səfərdə “Lion”la, “Marsel” isə sentyabrın 20-də evdə PSJ ilə qarşılaşacaq.
