İspaniya La Liqanın beşinci turunda “Sevilya” doğma meydanda “Valensiya” ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın böyük hissəsində qol imkanlarından yararlana bilməyən “Sevilya” 81-ci dəqiqədə hesabı açıb. Xuan İqlesias “Valensiya”nın qapısına yol taparaq komandasına üç xal qazandırıb.
Bu qələbədən sonra “Sevilya” 10 xalla La Liqanın turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Valensiya” isə 1 xalla sonuncu – 20-ci yerdədir.
