Ramil Şeydayev yenə adından söz etdirməyi bacardı

Xəbərlər
16 Sentyabr 2023 10:53
79
Ramil Şeydayev yenə adından söz etdirməyi bacardı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.

İdman.biz-in məlumatına görə, 27 yaşlı hücumçu "Trat"a qarşı keçirdikləri çempionatın IV tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.

Matça start heyətdə başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz