Avrokuboklarda 2023/2024 mövsümü - FİNALLAR

Xəbərlər
10 May 2024 01:21
412
Avrokuboklarda 2023/2024 mövsümü - FİNALLAR

2023/2024 mövsümdə qitə miqyaslı turnirlərdə bütün finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, Çempionlar Liqasının ardınca Avropa və Konfrans Liqalarında həlledici oyunda üz-üzə gələcək komandalar müəyyənləşib.

Qitənin ikinci nüfuzlu turniri Avropa Liqasında “Bayer” və “Atalanta” kubok uğrunda mübarizə aparacaqlar. Konfrans Liqasında isə “Olimpiakos” və “Fiorentina” üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Borusiyya D” – “Real” matçı baş tutacaq.

Çempionlar Liqası
Final
1 iyun
23:00. “Borussiya D” – “Real”

London, “Uembli” stadionu

Avropa Liqası
Final
22 may
23:00. “Atalanta” – “Bayer”

Dublin, “Aviva” stadionu

Konfrans Liqası
Final
29 may
23:00. “Olimpiakos” – “Fiorentina”

Afina, “Agia Sofiya” stadionu

İdman.biz