Karlo Ançelottidən Çempionlar Liqası rekordu - hamını qabaqlayıb

Xəbərlər
9 May 2024 10:22
Karlo Ançelottidən Çempionlar Liqası rekordu - hamını qabaqlayıb

Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, yarımfinal mərhələsinin “Bavariya” ilə oyunu italiyalının turnirdə 203-cü matçı olub.

Ançelotti Çempionlar Liqası tarixində baş məşqçi kimi ən çox görüşdə iştirak edən mütəxəssis adına sahib çıxıb. O, hesabında 202 matç olan Aleks Ferqyusonu arxada qoyub.

1. Karlo Ançelotti - 203
2. Aleks Ferqyuson – 202
3. Arsen Venger – 190
4. Pep Qvardiola – 171
5. Joze Mourinyo – 151
6. Mirça Luçesku – 115
7. Dieqo Simeone – 106
8. Yurgen Klopp – 102
9. Massimiliano Alleqri – 100
10. Ottmar Hitsfeld – 97

Qeyd edək ki, iki oyunun yekununda (2:2, 2:1) finala adlayan “Real”ın baş məşqçisi həm də 6 dəfə həlledici matça vəsiqə qazanan ilk mütəxəssis kimi rekorda imza atıb.

İdman.biz

Məqalədə: