“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada saxlanılıb - SƏBƏB

Xəbərlər
7 May 2024 17:21
168
“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada saxlanılıb - SƏBƏB

“Mançester Siti” klubunun sabiq futbolçusu Jo Braziliyada saxlanılıb.

İdman.biz xəbər verir ki, buna səbəb “sambaçı”nın aliment ödəməməsidir.

Braziliya 2-ci divizionunda “Amozanas” klubunda çıxış edən forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo “Mançester Siti”, “Everton”, “Qalatasaray”, SSKA (Moskva), “Korintians”, “İnternasional”, “Atletiko Mineyro” və “Naqoya Qrampus” klublarının şərəfini qoruyub. O, Braziliya millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb.

İdman.biz

Məqalədə: