“Mançester Yunayted” darmadağın olub - VIDEO

Xəbərlər
7 May 2024 00:57
218
“Mançester Yunayted” darmadağın olub - VIDEO

İngiltərə Premyer Liqasının 35-ci turu bir oyunla sona çatıb.

İdman.biz xəbər verir ki, “Mançester Yunayted” səfərdə böyük hesabla uduzub.

“Kristal Pelas”la görüşdə “qırmızı şeytanlar” qapısından 4 cavabsız top buraxıblar. Mikael Olise dubl edərək, qələbənin qazanılmasında böyük pay sahibi olub.

Bu məğlubiyyətdən sonra “Mançester Yunayted” 54 xalla 8-ci pillədə yer alıb. Son 5 oyunda 13 xal toplayan “Kristal Pelas” isə 14-cüdür.

İngiltərə Premyer Liqası
35-ci tur

“Kristal Pelas” – “Mançester Yunayted” – 4:0

İdman.biz