Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”

Xəbərlər
5 May 2024 19:13
274
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”

"Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIII turunda “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib: İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq".

Rəşad Sadıqov əvəzetmələrin oyunun gedişinə təsir etdiyini bildirib: “Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir”.

“Zirə”nin baş məşqçisi hakimliklə bağlı danışmaq istəməyib: “Məsələnin dərinliyinə varmayacam. Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum”.

Qeyd edək ki, “Zirə” bu qələbədən sonra turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

İdman.biz