“Barselona”dan Roke qərarı

Xəbərlər
4 May 2024 11:21
214
“Barselona”dan Roke qərarı

“Barselona” futbolçusu Roke ilə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, İspaniya klubu hücumçunu icarəyə göndərmək niyyətindədir.

La Liqa təmsilçisi maliyyə feyr-pleyi ilə bağlı problemlər üzündən Rokeni növbəti mövsüm üçün sifariş etməkdə çətinlik yaşayacaq. Bu üzdən onun bir mövsümlük icarəyə verilməsi nəzərdən keçirilir. “Mançester Yunayted”, “Nyukasl”, “Nitsa” və “Lion” forvardla maraqlanır.

Qeyd edək ki, braziliyalı futbolçu “Sevilya” və “Betis”in də hədəfindədir.

İdman.biz

Məqalədə: