Lopetegi üçün “Vest Hem” variantı

Xəbərlər
3 May 2024 19:52
69
Lopetegi üçün “Vest Hem” variantı

“Vest Hem” ispaniyalı mütəxəssis Xulen Lopetegini baş məşqçi təyin edə bilər.

İdman.biz xəbər verir ki, İngiltərə mətbuatında tərəflərin ilkin danışıqlar aparması barədə məlumat yer alıb.

London klubu yekun qərarı mövsümün sonunda hazırki baş məşqçi Devid Moyeslə müzakirələrdən sonra verəcək. Klubun Direktorlar Şurası namizəd mütəxəssislər arasında seçim edəcək.

Qeyd edək ki, Lopetegi “Milan”ın da baş məşqçi vəzifəsinə namizəddir.

İdman.biz