Ayxan Abbasov: “Futbolçuların motivasiyası üçün qələbə lazım idi” - VİDEO

23 Sentyabr 2026 22:43
83
Ayxan Abbasov: “Futbolçuların motivasiyası üçün qələbə lazım idi”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistanla yoldaşlıq görüşündən sonra matçı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis 1:0 hesablı qələbə ilə başa çatan qarşılaşmanın ağır keçəcəyini əvvəlcədən gözlədiklərini bildirib.

“Azarkeşlərə təşəkkür etmək istəyirəm. Oyunun ağır keçəcəyini gözləyirdik. Motivasiya üçün qələbə lazım idi. İlk hissədə tempi artıra bilmədik. İkinci hissədə dəyişikliklərdən sonra tempi yüksəldə bildik.

Ümid edirəm ki, zədəli oyunçularımız tezliklə sıraya qayıdacaq. Abdulla Xaybullayevdə ciddi zədə yoxdur. Digərlərinin də tezliklə sıraya qayıdacağına ümid edirəm. Yaxşı oynamaq üçün vaxt lazımdır. Hazırda heyət qarışıqdır. Üç gün vaxtımız var. Gənclər də komandaya qoşulub”, – deyə Abbasov vurğulayıb.

Mütəxəssis UEFA Millətlər Liqasında qarşılaşacaqları Litva ilə matça ciddi hazırlaşacaqlarını qeyd edib.

Onun sözlərinə görə, zədəli oyunçuların durumundan sonra qarşıdakı matç üçün heyət seçimi edəcəklər:

“Məqsəd C Liqasına qayıtmaqdır. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq”.

O, hücumçu Mahir Emrelinin çıxışına da toxunub:

"Mahir qol vurmaq istəyir. Mən də onunla danışmışam. Qol vurmağı çox düşünməsə, daha yaxşı olar. İnanıram ki, zədələrdən sonra qol da vuracaq".

İdman.Biz