“Napoli” prezidentindən Spallettiyə sərt sözlər: “Sadəcə işçidirlər”

23 Sentyabr 2026 23:19
64
“Napoli” prezidentindən Spallettiyə sərt sözlər: “Sadəcə işçidirlər”

“Napoli” futbol klubunun prezidenti Aurelio De Laurentis komandanın sabiq baş məşqçisi Luçano Spalletti haqqında sərt fikirlər səsləndirib.

İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, hazırda “Yuventus”a rəhbərlik edən mütəxəssisin adı çəkiləndə De Laurentis onunla bağlı narazılığını gizlətməyib.

“Məni Spalletti haqqında danışmağa məcbur etməyin... Məşqçilər anlamalıdırlar ki, onlar sadəcə oyunçulardan ibarət orkestri idarə etmək üçün dəvət olunmuş işçilərdir. Bəzən bunu unutmaq xasiyyətləri var. Fikrimi aydın çatdıra bilirəm?”, – deyə De Laurentis bildirib.

Qeyd edək ki, Spalletti 2023-cü ildə “Napoli”ni İtaliya çempionluğuna çatdırıb. Lakin mövsüm başa çatdıqdan sonra müqaviləsinə vaxtından əvvəl xitam verilməsində təkid edib.

Cəmi bir neçə həftə sonra mütəxəssis İtaliya milli komandasına rəhbərlik etmək təklifini qəbul edib. Bu isə onun “Napoli” rəhbərliyi ilə münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olub.

İdman.Biz