Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis 0:1 hesabı ilə başa çatan qarşılaşmada hər iki komandanın qol imkanları yaratdığını bildirib.
“Azərbaycan millisinin qələbəsi münasibətilə onları təbrik edirəm. Hər iki komandanın şansları oldu. Azərbaycanda keyfiyyətli futbolçular çoxdur. Biz də qol epizodları yaratdıq, lakin onlardan istifadə edə bilmədik. Buna baxmayaraq, komandamız yaxşı oynadı və təhlükəli vəziyyətlər yarada bildik.
Azərbaycan millisindən yaxşı oyun gözləyirdim. Ümid edirəm ki, futbolçular gələcəkdə daha yaxşı çıxış edəcəklər. Azərbaycan komandasına uğurlar arzulayıram. Ümid edirəm ki, klub səviyyəsində qazandıqları uğurları milli komandada da təkrarlayacaqlar”, – deyə Angelovski vurğulayıb.
