Aşraf Hakimi təcavüz ittihamı üzrə məhkəmə qarşısına çıxacaq

23 Sentyabr 2026 23:32
68
Aşraf Hakimi təcavüz ittihamı üzrə məhkəmə qarşısına çıxacaq

PSJ və Mərakeş millisinin futbolçusu Aşraf Hakimi bir qadının ona qarşı irəli sürdüyü təcavüz ittihamı üzrə məhkəmə qarşısına çıxacaq.

İdman.Biz xəbər verir ki, Fransanın Kassasiya Məhkəməsi futbolçunun məhkəmə baxışı barədə qərardan verdiyi şikayəti təmin etməyib.

İş 2023-cü ilin fevralında baş verdiyi iddia edilən hadisələrlə bağlıdır. 2026-cı ilin iyununda Versal Apellyasiya Məhkəməsi işin O-de-Sen departamentinin cinayət məhkəməsinə göndərilməsi barədə qərarı qüvvədə saxlayıb.

Hakimi ittihamı rədd edir. Kassasiya Məhkəməsinin qərarı yalnız prosesin keçirilməsi ilə bağlıdır və futbolçunun təqsirli olduğunu müəyyən etmir.

İşin təfərrüatlarına məhkəmədə baxılacaq.

İdman.Biz