Futbolçularını təhqir edən baş məşqçi ilə bağlı qərar açıqlanıb

Xəbərlər
3 May 2024 13:38
121
Futbolçularını təhqir edən baş məşqçi ilə bağlı qərar açıqlanıb

AFFA 12 yaşadək futbolçular arasında Azərbaycan çempionatında yaşanan qalmaqalla bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Hadisə “Arpaçay” (Şərur) - UGİM(Culfa) oyununda baş verib. Görüşün 27-ci dəqiqəsində “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev öz futbolçularını təhqir etdiyi üçün qırmızı vərəqə ilə kənarlaşdırılıb.

AFFA uşaqları təhqir edən baş məşqçini diskvalifikasiya edib. O, 3 oyunluq cəzalandırılıb.

İdman.biz

Məqalədə: