İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Kral İspaniya Futbol Federasiyası (RFEF) ilə müqaviləsinin 2032-ci ilə qədər uzadılmasını şərh edib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, De la Fuente federasiyaya və əməkdaşlarına təşəkkür edib:
“Prezidentə, RFEF-ə, ərazi federasiyalarının rəhbərlərinə, köhnə dostlarıma, direktorlar şurasına, media nümayəndələrinə, məşqçilər korpusuna və federasiyadakı həmkarlarıma təşəkkür edirəm.
Daha yaxşı olmağa davam etməli, qələbələr uğrunda mübarizə aparmalıyıq. Qələbələrə öyrəşmək mümkün deyil. Uğur rəqabət aparmaqdır və biz bunu təmin etmişik.
Biz əldə etdiklərimizlə kifayətlənmirik. İnanın, ən yaxşısı hələ qabaqdadır. Bizi zövq ala biləcəyimiz çoxlu xoş anlar gözləyir. Gələcəyə yanaşmağın ən yaxşı yolu budur.
Bu yolda məni müşayiət edən bir çox insanı xatırlayıram. Artıq yanımda olmayanları da yada salıram: valideynlərimi, qardaşımı. Onlar mənimlə birlikdə çox şey yaşayıblar və bu ana xüsusilə çox sevinərdilər”.
RFEF sentyabrın 21-də 64 yaşlı mütəxəssislə yeni müqavilə imzalandığını açıqlayıb.
