“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına vahid biletlər satışa çıxarılıb

21 Sentyabr 2026 20:19
30
“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına vahid biletlər satışa çıxarılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına vahid biletlər satışa çıxarılıb.

İdman.Biz paytaxt klubuna istinadən xəbər verir ki, azarkeşlər bir bilet əldə etməklə “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli”yə (İtaliya) qarşı keçiriləcək 4 ev matçını canlı izləyə biləcəklər.

Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. "Sabah" - "Napoli" (İtaliya)

Qeyd edək ki, “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

İdman.Biz