İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandanın qarşıdakı illərdə titul qazanacağına əmin olduğunu deyib.
İdman.Biz insayder Nikolo Skiraya istinadən xəbər verir ki, baş məşqçi komandanı yenidən qurub uğurlu nəticə əldə edəcəyinə əmindir.
“Qələbələrin açarı oyundan zövq almaq və yaxşı oynamaqdır. Mən meydan üstünlük təşkil edən komanda yaratmaq istəyirəm. Əminəm ki, qarşıdakı dörd ildə kubok qazanacağıq. Mən buradayam ki, bacardığım qədər tez nəsə qazanım”, – deyə Mançini deyib.
Qeyd edək ki, Mançini iyulun 28-də İtaliya millisinin baş məşqçisi postuna qayıdıb. O, daha əvvəl 2018-2023-cü illərdə komandaya rəhbərlik edib.
İtaliya millisi UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu sentyabrın 25-də Belçikaya qarşı keçirəcək.
