“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, görüşün biletləri sabahdan etibarən satışa çıxarılacaq.
