“Mançester Yunayted” Premyer Liqada dörd göstəricidə sonuncu olub

21 Sentyabr 2026 20:04
27
“Mançester Yunayted” Premyer Liqada dörd göstəricidə sonuncu olub

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında oyunun intensivliyini əks etdirən 4 əsas göstəricidə sonuncu pillədə qərarlaşıb.

İdman.Biz “Reuters”-ə istinadən xəbər verir ki, GeniusIQ göstəricilərinə əsasən, mankunianlılar yüksək intensivliklə qət edilən məsafə, intensiv iş vaxtı, ümumi sprintlərin sayı və sprint zamanı keçirilən vaxt üzrə çempionatda 20-ci yerdədir.

Bu problem “Fulhem”lə son matçda da (1:1) özünü göstərib. “Mançester Yunayted”in futbolçuları rəqibdən 6,6 kilometr az məsafə qət ediblər.

Klubun sabiq kapitanı Qari Nevill qarşılaşmanın ikinci hissəsindəki oyuna görə komandanı sərt tənqid edib.

“Mən beş yaşımdan “Mançester Yunayted”in oyunlarını izləyirəm və bu, indiyə qədər gördüyüm ən pis 15 dəqiqə idi. Heç vaxt belə səy çatışmazlığı görməmişəm”, – deyə Nevill bildirib.

“Fulhem”lə görüşdə “Mançester Yunayted”in qolunu vuran Mateus Kunya da komandanın intensivlik problemini etiraf edib. Onun sözlərinə görə, ikinci hissənin əvvəlində rəqib daha enerjili oynayıb və “Mançester Yunayted” buraxılan qoldan sonra oyuna qoşulmağa imkan verməməli idi.

Premyer Liqada ilk 5 turdan sonra Maykl Karrikin komandası 5 xalla 12-ci pillədə qərarlaşıb. Ötən mövsüm isə mütəxəssis “Mançester Yunayted”i üçüncü pilləyə çıxarıb.

İdman.Biz