“Qəbələ” rəsmisi: “Gözləmə mövqeyində olacağıq”

Xəbərlər
2 May 2024 13:58
“Qəbələ” rəsmisi: “Gözləmə mövqeyində olacağıq”

Klublar Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər bəlli olub.

Bu barədə İdman.bizə "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı məlumat verib.

Klub rəsmisi bildirib ki, klublara AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasına qədər təklif və iradları irəli sürmək tapşırılıb. Premyer Liqada sonuncu yeri tutan və I Liqaya düşməli olan “Qəbələ” ilə bağlı məsələ isə müzakirəyə çıxarılmayıb: “Qəbələ” ilə bağlı heç bir məsələ müzakirə olunmadı. Bu barədə heç bir danışıq da aparılmadı. Biz isə hələlik gözləmə mövqeyində olacağıq. Çünki klub sayının artırılması ilə bağlı təkliflər ola bilər. Buna görə də bu məsələ ilə bağlı maraqlı tərəf olduğumuzdan hər hansı təklif vermək üçün sona kimi gözləyəcəyik”.

Qeyd edək ki, çempionatın reqlamentinə əsasən, sonuncu – 10-cu yeri tutan komanda I Liqaya düşməlidir. Lakin Premyer Liqada iştirakçı sayının artırılması və heç bir komandanın aşağı dəstəyə düşməyəcəyi gözlənilir.

Banuçiçək Hüseynli
İdman.biz