Millimiz dünya çempionuna qalib gəlib - FOTO

Xəbərlər
1 May 2024 23:04
323
Millimiz dünya çempionuna qalib gəlib - FOTO

Mini futbol üzrə Azərbaycan yığması Monteneqroda keçirilən beynəlxalq turnirin qalibi olub.

İdman.biz xəbər verir ki, millimiz finalda Rumıniya yığmasını məğlub edib.

Son dünya çempionu ilə görüşdə futbolçularımız 5:4 hesabı ilə qalib gəliblər.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.

Qeyd edək ki, yığmamız Monteneqroda təlim-məşq toplanışını keçir.

İdman.biz