İspaniya futbolunu gözləyən sanksiya

Xəbərlər
28 Aprel 2024 15:16
İspaniya futbolunu gözləyən sanksiya

Hökumətin İspaniya Futbol Federasiyasının işinə qarşıması ciddi sanskiyalarla nəticələnə bilər.

İdman.biz xəbər verir ki, FİFA və UEFA may ayında bu barədə qərar verəcək.

Mayın 13-17-də Banqkokda FİFA-nın keçiriləcəyi konqresdə İspaniya futbolu geniş müzakirə olunacaq. Buna səbəb hökumətin federasiyanın işlərinə qarışmasıdır. Əgər qərar qəbul olunarsa, İspaniya yığması AVRO-2024-dən, ölkə klubları isə növbəti mövsümdə Avropa kuboklarından kənarda qala bilər.

Qeyd edək ki, federasiya rəhbərliyi sanksiylardan qaçmaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.

İdman.biz