Premyer Liqa: Nəhənglər 1 xalla kifayətləniblər - VİDEO

Xəbərlər
28 Aprel 2024 01:07
Premyer Liqa: Nəhənglər 1 xalla kifayətləniblər - VİDEO

İngiltərə Premyer Liqasında 35-ci turun 6 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Mançester Yunayted” evdə xal itirib.

Mankuianlılar “Bernli” ilə bacarmayıblar. Eyni aqibəti “Liverpul” və “Çelsi” səfərdə yaşayıb. Hər 2 komanda 4 qollu qarşılaşmada 1 xala sevinib. Növbəti xal itkisindən sonra Yurgen Kloppun yetirmələrinin çempionluq şansı xeyli azalıb. “Zadəganlar” isə fasilədən sonra iki top vurub məğlubiyyətdən qaçıblar.

İngiltərə Premyer Liqası
35-ci tur

“Vest Hem” – “Liverpul” – 2:2
“Fulhem” – “Kristal Pelas” – 1:1
“Mançester Yunayted” – “Bernli” – 1:1
“Nyukasl” – “Şeffild Yunayted” – 5:1
“Vulverhempton” – “Luton” – 2:1
“Everton” – “Brentford” – 1:0
“Aston Villa” – “Çelsi” – 2:2

İdman.biz