Əfran İsmayılov: “Neftçi” yaxşı oynamır, amma...”

Müsahibə
27 Aprel 2024 12:08
Əfran İsmayılov: “Neftçi” yaxşı oynamır, amma...”

“4-5 komandanın 2-ci yeri tutmaq şansı var. Gümüş medallardan əlavə, avrokuboklarda təmsil olmaqdan da söhbət gedir. Bu səbəbdən də nəsə demək çətindir”.

Bunu İdman.bizə veteran futbolçu Əfran İsmayılov deyib.

O, Azərbaycan Premyer Liqasında son turlarda komandalardan gözləntilərini açıqlayıb: “Artıq marafon sona yaxınlaşır. Kim fiziki, psixoloji hazır olacaqsa, o da məqsədinə çatacaq. “Neftçi” hazırda taktiki və texniki baxımdan yaxşı futbol oynamır. Amma oyunçularının fərdi keyfiyyətləri sayəsində bu yerlərdədir. “Ağ-qaralar” çempionatı 2-ci yerdə tamamlasa, bu onlar üçün uğur sayıla bilər. Onlar ən azı Konfrans Liqasına getməsələr, bu böyük uğursuzluq olacaq. “Qarabağ” hər oyuna qələbə üçün çıxır. Çempionluğu təmin etsələr də, rahatlaşacaqlarını düşünmürəm. Hazırda formada olan komandalar “Zirə” ilə “Sumqayıt”dır. Çox keyfiyətli futbol oynayırlar. İkinci yer uğrunda mübarizə məhz bu komandalar arasında gedəcək”.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək. Açılış matçında “Sabah” “Səbail”i qəbul edəcək.

Emin Ağa
İdman.biz