Püşk atılıb: “Qarabağ”, yoxsa “Zirə”?

Xəbərlər
26 Aprel 2024 15:42
141
Püşk atılıb: “Qarabağ”, yoxsa “Zirə”?

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu məqsədilə püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

İdman.biz

Məqalədə: