“Real Madrid”in keçmiş baş məşqçisi Alvaro Arbeloa karyerasını İngiltərədə davam etdirəcək.
İdman.Biz-in Fabrizio Romanoya istinadən məlumatına görə, ispan məşqçi İngiltərənin “Fulhem” klubu ilə müqaviləsinin təfərrüatlarını dəqiqləşdirir.
Arbeloa ötən ilin yanvar ayında ispan məşqçi Xabi Alonsonun gedişindən sonra “Real Madrid”ə rəhbərlik etməyə başlayıb. Mövsümdən sonra keçmiş “Benfika”nın portuqaliyalı məşqçisi Joze Mourinyo vəzifəyə keçib. Xabi Alonso gələn mövsüm “Çelsi”yə rəhbərlik edəcək.
Mourinyonun “Benfika”dakı vəzifədə 2021-ci ildən 2026-cı ilə qədər “Fulhem”ə rəhbərlik etmiş Marko Silva əvəz edib.
“Fulhem” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 11-ci yeri tutub.
