“Arsenal”ın və Uels millisinin keçmiş yarımmüdafiəçisi Aaron Remzi “Oksford Yunayted”in baş məşqçisi təyin edilib.
İdman.Biz-in xəbərinə görə, bu barədə İngiltərə klubunun rəsmi saytında məlumat verilib.
“Oksford Yunayted”in baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Klubla danışıqlar zamanı onların ambisiyalarını və uğura can atdıqlarını hiss etdim ki, bu da məni çox həyəcanlandırır.
Uzun illərdir ki, bu ana hazırlaşıram. Ən yaxşı məşqçilərdən bəzilərinin rəhbərliyi altında oynamışam və karyeram boyu yüksək təzyiqlərlə üzləşmişəm. Təcrübəmdən istifadə edərək bu istedadlı komandaya peşəkarlıq və iş etikası mədəniyyəti gətirmək istəyirəm.
Bu rolun məsuliyyətini başa düşürəm və birlikdə uğura can ata bilmək üçün işə başlamağı, oyunçularla görüşməyi və azarkeşlərimizlə ünsiyyət qurmağı səbirsizliklə gözləyirəm”, - klubun mətbuat xidməti Remzidən sitat gətirib.
“Oksford Yunayted” ötən mövsüm Çempionşipdən Birinci Liqaya düşüb.
