AFFA beş qırmızı vərəqənin göstərildiyi oyunla bağlı qərar verib

Xəbərlər
26 Aprel 2024 13:58
108
AFFA beş qırmızı vərəqənin göstərildiyi oyunla bağlı qərar verib

Azərbaycan çempionatının Əvəzedicilər liqasının XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununda baş verənlərə hüququ qiymət verilib.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi 5 qırmızı vərəqənin göstərildiyi matçın günahkarlarını cəzalandırıb.

“Zirə-2”nin 52-ci dəqiqədə rəqibi təhqir edən futbolçusu Ramin Abdullayev 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. Onun komanda yoldaşı Vüsal Əliyev 90+8-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 matçlıq cəza alıb, komandası 50 manat ziyana düşüb.

“Neftçi-2”nin 30-cu dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alan futbolçusu David Orucov 1 oyun diskvalifikasiya olunub, 50 manat cərimə edilib.

Onun komanda yoldaşları Fərid Səfərli 75-ci, İbrahim Novruzov 78-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu üçün 3 oyunluq cəzaya layiq görülüb. “Neftçi-2” onların hərəsinə görə 200 manat ödəyəcək.

İdman.biz

Məqalədə: