Miodraq Bojoviç: “Birinci oyunun nəticəsi bizə təsir etdi” - MÜSAHİBƏ - VİDEO

Müsahibə
24 Aprel 2024 22:04
Miodraq Bojoviç: “Birinci oyunun nəticəsi bizə təsir etdi” - MÜSAHİBƏ - VİDEO

“Birinci oyunun nəticəsi həm "Qarabağ"a, həm bizə təsir etdi”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a 1:4 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, ikinci hissə daha maraqlı alınıb: “Birinci hissə elə keçmədi. İkinci hissə daha yaxşı idi. Bizim də, "Qarabağ"ın da qol epizodları var idi. Bu gün əvvəlki oyunlarda çıxış etməyən futboçular meydana çıxdı”.

- Ağadadaş Salyanskiyin oyunu barədə nə deyə bilərsiz?

- Biz onu əsas heyətdə oynatmağa cəhd edirik. Bu gün də həm hava toplarında, həm yerdə yaxşı mübarizə apardı. Sevinirəm ki, belə bir yetirməmiz var. Faydalı olacağını düşünürəm.

- ⁠Müdafiədə rəqib oyunçular rahatlıqla oynayıb, hücum edirlər. Mövsüm də bitir. Nə zaman bu probleminiz aradan qalxacaq?

- ⁠Müdafiə ilə bağlı məsələlər yalnız bura aid deyil. Biz komanda olaraq yaxşı müdafiə olunmuruq. “Zirə” ilə oyun da məni təəccübləndirdi. Çoxluqda olsaq da, uduzduq. Qarşıda 5 oyun var. Həmin matçlarda da yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.

- ⁠Bojoviç “Neftçi”yə gələndə hər kəsə onun komandanı düzəldəcəyini demişdim. İndi onlara nə cavab verməliyəm?

- ⁠Çempionatın sonunu gözləməlisiz.

Qeyd edək ki, ilk qarşılaşmada da "Neftçi"yə 4:0 hesabı ilə qalib gələn "Qarabağ" finala yüksəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: