Matias “Neftçi”dən gedir?

Xəbərlər
20 Aprel 2024 16:07
1 009
Matias “Neftçi”dən gedir?

ÇFR Rumıniya futbolundakı hegemonluğunu qaytarmaq üçün islahatlar etməyi planlaşdırır.

İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, “Farul”a 1:5 hesablı məğlubiyyətdən sonra Dan Petreskunun baş məşqçisi postuna gətirilməsi gündəmə gəlib.

2018-22-ci illərdə ÇFR-ə ardıcıl 5 çempionluq yaşadan mütəxəssis hazırda işsizdir və sabiq klubuna qayıtmağa yaxındır. Hətta Petreskunun transfer planları da bəlli olub.

Mütəxəssisin ilk addımları müdafiədəki problemləri aradan qaldırmaqdır ki, bu baxımdan ilk transferin Yuri Matias olacağı gözlənilir. Petresku vaxtilə “Qaz Metan”dan transfer etdirdiyi müdafiəçinin “Neftçi”dən keçidini istəyəcək. Müdafiəçinin Bakı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər olsa da, ÇFR onu almaq üçün danışıqlar da aparmağa hazırdır.

Qeyd edək ki, Yuri 2022-ci ilin fevralından 2023-cü ilin iyununa qədər oynadığı ÇFR-dən sonra Azərbaycana gəlib.

İdman.biz

Məqalədə: