Ronaldu “Əl-Nəsr”in sahiblərindən birinə çevrilə bilər

15 Sentyabr 2026 17:46
64
Ronaldu “Əl-Nəsr”in sahiblərindən birinə çevrilə bilər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasında mülkiyyət dəyişikliyi gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Kriştianu Ronaldu klubda pay sahibi olmaq üçün investorlarla birlikdə mümkün sövdələşmə üzərində işləyir. Bu istiqamətdə danışıqların daha əvvəl başladığı bildirilir.

Eyni zamanda “Milan”ın sahibi “RedBird Capital Partners”in rəhbəri Cerri Kardinale də “Əl-Nəsr”ə sərmayə yatırmaq imkanını araşdırır. “Sportitalia”nın məlumatına görə, tərəflər arasında ilkin və dolayı təmaslar olub, lakin mümkün razılaşma hələ erkən mərhələdədir.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun nəzarətində olan klublardan biridir və klubun gələcək mülkiyyət strukturu ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir.

İdman.Biz