Azərbaycan - Tacikistan oyununa hakim təyinatları açıqlanıb

15 Sentyabr 2026 17:47
74
Azərbaycan - Tacikistan oyununa hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının Tacikistanla keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. VAR hakimi isə Kamran Bayramov olacaq.

Məlumat üçün bildirək ki, Roman Jitari bu mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk görüşdə (3:0) də ədaləti qoruyub.

Qeyd edək ki, sentyabrın 23-də “Palms Sports Arena”da təşkil olunacaq Azərbaycan - Tacikistan oyunu saat 20:00-da başlayacaq.

İdman.Biz