Firuz Abdulla: “Hazırlıq təkcə qazonun vəziyyəti ilə məhdudlaşmır”

15 Sentyabr 2026 17:31
82
Firuz Abdulla: “Hazırlıq təkcə qazonun vəziyyəti ilə məhdudlaşmır”

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun (BOS) hazırlıq prosesi davam edir.

İdman.Biz xəbər verir ki, son günlər sosial şəbəkələrdə arenanın ot örtüyünün bərbad vəziyyətdə olduğunu göstərən görüntülər yayılıb.

BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsinin yeni rəhbəri Firuz Abdulla stadionda aparılan hazırlıq işləri ilə bağlı danışıb.Komanda.az-a açıqlama verib.

O bildirib ki, proses yalnız qazonun vəziyyəti ilə məhdudlaşmır və arena Çempionlar Liqasının tələblərinə uyğun şəkildə kompleks hazırlıq keçir.

“İlk növbədə, onu qeyd etmək lazımdır ki, hər hansı stadionun hansısa oyuna hazırlıq prosesi təkcə qazonun vəziyyətini deyil, qarşılaşma ilə bağlı müxtəlif sahələri əhatə edən bir çox məsələləri özündə ehtiva edir. Təbii ki, müvafiq tələblər turnirin səviyyəsinə görə dəyişə bilər.

Hazırkı situasiyada isə söhbət təkcə Avropanın deyil, bəlkə də, dünyanın ən vacib klub turnirindən - Çempionlar Liqasından gedir. Bu baxımdan, hazırda Bakı Olimpiya Stadionu qeyd olunan oyunlara təkcə qazonun vəziyyəti prizmasından deyil, kompleks şəkildə hazırlaşır.

İnanırıq ki, vaxt məhdudiyyətinə baxmayaraq, nəzərdə tutulan işlər uğurla başa çatdırılacaq”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bakı təmsilçisi oktyabrın 13-də “Slaviya”nı (Çexiya), oktyabrın 20-də Dortmund “Borussiya”sını, noyabrın 25-də “Barselona”nı, yanvarın 20-də isə “Napoli”ni qəbul edəcək.

İdman.Biz