Misli Premyer Liqasının altıncı turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi”nin heyətində itki var.
Bu barədə “ağ-qaralar”ın mətbuat katibi Asəf Zeynallı İdman.Biz-ə məlumat verib.
O bildirib ki, Andrey Ştoqrin bud əzələsindən aldığı zədə səbəbilə oyunu buraxmalı olacaq. Onun yaxın vaxtlarda komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Qeyd edək ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Neftçi” oyunu saat 17:30-da başlayacaq. “Qəbələ” 4 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 12 xala malik “Neftçi” isə ikinci sıradadır.
