Vinisius Virginia Fonsekaya evlilik təklif etdi - FOTO

15 Sentyabr 2026 18:00
85
Vinisius Virginia Fonsekaya evlilik təklif etdi - FOTO

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vini Jr. sevgilisi Virginia Fonsekaya evlilik təklifi edib.

İdman.Biz xəbər verir ki, braziliyalı influenser sosial şəbəkədə paylaşdığı fotolarda nişan üzüyünü nümayiş etdirib və təklifə “hə” dediyini açıqlayıb.

“Mən sevgiyə “hə” dedim, amma onun özü ilə gətirdiyi hər şeyə də - tərəfdaşlığa, qarşılıqlı anlayışa, huzura və birlikdə gələcək qurmaq istəyinə “hə” dedim. Sonda ürək doğru yeri tapanda insan bunu sadəcə bilir”, - deyə o yazıb.

Qeyd edək ki, Vini Jr. və Virginia Fonseka 2025-ci ilin oktyabrından münasibətdədirlər. Cütlük bu il qısa müddətlik ayrıldıqdan sonra yenidən barışıb.

İdman.Biz