Azər Bağırovun MOİK istəyi - SƏBƏB

Xəbərlər
20 Aprel 2024 13:47
133
Azər Bağırovun MOİK istəyi - SƏBƏB

"Çempionatda komanda sayı nə qədər çox olarsa, həm yerli futbolçuların inkişafı sürətlənər, həm də bu uşaq futboluna müsbət təsir edər".

Bunu İdman.bizə veteran futbolçu Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasında klub sayının artırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, çempionata yüksələn komandalar ilk ildə çətinliklər çəkə bilər: "Say nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Amma komandaların keyfiyətinə fikir verilməlidir. Təbii ki, ilk ildə çempionata gələnlər çətinliklər çəkəcək. Bu, tədricən sponsorların sayəsində tez bir zamanda aradan qalxacaq. Hamı digər klublardakı səhvlərə baxaraq nəticə çıxarır. İnanmıram ki, bu il "Araz-Naxçıvan"dakı səhvi hər hansı məşqçimiz və ya mən təkrarlayam. Bir-birimizdən təcrübə toplayıb sürətlə inkişaf etməliyik".

Bağırov I Diviziondan hansı klubları çempionatımızda görmək istədiyi açıqlayıb: "Ən əsas MOİK-in Premyer Liqaya yüksəlməsini istəyərdim. Çünki əsgərlik yaşına çatan futbolçuların problemləri olur. Bu klubun əsas liqada olması problemi aradan qaldıra bilər. "Mingəçevir", "Zaqatala", "İmişli", "Şamaxı" Premyer Liqada oynamaq gücündədir. İnanıram ki, bunlardan 3-4-ü yüksək səviyyədə çempionatımızda dəsti xəttini qoya bilər".

Qeyd edək ki, Bağırovun rəhbərliyi altında "Araz-Naxçıvan" 2022-23 mövsümündə I Divizionun qalibi olub.

Emin Ağa
İdman.biz