“Milan” onlarla vidalaşmağa hazırdı

Xəbərlər
18 Aprel 2024 19:46
103
“Milan” onlarla vidalaşmağa hazırdı

“Milan” 2 futbolçusunu transferə çıxarmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, Yasin Adli və İsmael Bennaser yayda komandanı tərk edə bilər.

İtaliya təmsilçisi sərfəli təklif alacağı təqdirdə hər iki yarımmüdafiəçinin gedişinə yaşıl işıq yandıracaq. Bu mövsümdə 29 dəfə komandanın formasını geyinən Adli 2026-cı ilin yayına kimi müqaviləsi var. Onun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

35 milyon transfer qiyməti olan Banneserin hesabında 2023/2024 mövsümündə 18 matç var. Onun “Milan”la müqaviləsi 2027-ci ilin iyununda bitəcək.

Qeyd edək ki, Adli “Milan”ın heyətində 1 qol və 1 ötürmə, Bennaser isə cəmi 1 ötürməlik nəticəyə imza atıb.

İdman.biz