Haland şirkətdə pay alıb

Xəbərlər
17 Aprel 2024 15:05
158
Haland şirkətdə pay alıb

“Mançester Siti”nin futbolçusu Erlinq Haland sahibkarlıq sahəsində növbəti addımını atıb.

İdman.biz xəbər verir ki, norveçli hücumçu “Ben Dop” şirkətində kiçik pay sahibi olub.

Halandın investisiya qoyduğu bu brend saç rezini istehsalçısıdır. Futbolçunun özü də məhz bu şirkətin aksessuarından istifadə edir.

Qeyd edək ki, Erlinq 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.

İdman.biz

Məqalədə: