Çempionlar Liqasında REKORDLAR

Xəbərlər
17 Aprel 2024 13:30
367
Çempionlar Liqasında REKORDLAR

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start götürüb.

İdman.biz xəbər verir ki, İFFHS ilk oyun günü ilə bağlı statistik hesabat hazırlayıb.

“Barselona” – PSJ – 1:4

“Barselona” avrokuboklar tarixində 3-cü dəfə səfərdəki ilk oyunda qalib gəldikdən sonra mübarizəni dayandırıb. 1980-ci ildə “Köln” (1:0, 0:4), 1984-cü ildə “Mets”lə (4:2, 1:4) duel uğursuz bitib.

Usman Dembele Çempionlar Liqası tarixində 8-ci oyunçudur ki, pley-offda sabiq komandasına hər iki matçda qol vurub. Fernando Moryentes (“Monako”da “Real”a), Kərim Benzema (“Real”da “Lion”a), Kriştiano Ronaldo (“Real”da “Mançester Yunayted”ə), Alvaro Morata (“Yuventus”da “Real”a), Məhəmməd Salah (“Liverpul”da “Roma”ya), Leroy Sane (“Mançester Siti”də “Şalke”yə) və Erik-Maksim Şupo-Motinq (“Bavariya”da PSJ-yə) bunu bacarıblar.

Ronald Arauxo Çempionlar Liqası tarixinə 1-ci hissədə qırmızı vərəqə alan 3-cü “Barselona”lı kimi düşüb. 1998-ci ildə Pep Qvardiola, 2017-ci ildə Jerar Pike belə uğursuzluq yaşayıb.

29-cu dəqiqədə meydandan qovulan Ronald Arauxo “Barselona”nın 1955-ci ildən keçirilən Çempionlar Liqasında (əvvəl Çempionlar kuboku) ikinci ən erkən qırmızı vərəqəsini alıb. Gilyerme Amor 1991-ci ildə “Sparta” ilə görüşün 17-ci dəqiqəsində cəzalanıb.

Rafinya “Barselona”nın üçüncü oyunçusudur ki, 1/4 final və ya 1/2 finalda eyni rəqibə 3-dən çox qol vurub. Lionel Messi 2010-cu ildə “Arsenal”a 4, Neymar həm PSJ, həm “Bavariya”ya 2015-ci ildə 3 dəfə qənim kəsilib.

“Barselona” ilk dəfə Rafinyanın qol vurduğu matçda uduzub. Əvvəlki 17 görüşdə 15 qələbə və 2 heç-heçə qeydə alınıb.

“Borussiya” D – “Atletiko” – 4:2

“Borussiya” 2013-cü ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.

“Borussiya” Çempionlar Liqasında “Atletiko”ya 2 dəfə 4 qol vuran ikinci komandadır: 2018-ci ildə 4:0, bu dəfə 4:2. Bunadək “Bavariya” belə uğura imza atıb: 1974 və 2020-ci illərdə hər ikisi 4:0.

“Atletiko” ardıcıl 11 oyunda qol buraxıb. Sonuncu belə uğursuzluq 2005-ci ilə təsadüf edib.

İdman.biz

Məqalədə: