"Bavariya" və "Real" yarımfinalda - VİDEO

Xəbərlər
18 Aprel 2024 01:46
"Bavariya" və "Real" yarımfinalda - VİDEO

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç baş tutub.

“Mançester Siti” İngiltərədə “Real”la üz-üzə gəlib. Madriddə məhsuldar sülhə imza atan rəqiblər bu dəfə də sülhə razılaşıblar. Hesabı madridlilər açsalar da, mançesterlilər bərabərlik qolunu vura biliblər. 120 dəqiqə ərzində qalib müəyyənləşmədiyi 11 merlik zərbələr seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan "Real" cütün qalibi olub.

Münhendə “Bavariya” “Arsenal”ı sınağa çəkib. Kimmixin vurduğu qol almanları yarımfinala yüksəldib.

Qeyd edək ki, yarımfinalda "Borussiya D" - PSJ, "Bavariya" - "Real" matçları baş tutacaq. İlk oyunlar aprelin 30-da və mayın 1-də, cavab görüşləri 7-8-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Bavariya” – “Arsenal” - 1:0

Qol: Kimmiz, 63
İlk oyun – 2:2



23:00. “Mançester Siti” - “Real” - 1:1, 0:0, pen. 3:4
Qollar:
De Bruyne, 76 - Rodriqo, 12
İlk oyun – 3:3

İdman.biz