“Sumqayıt” bombardirini itirib

Xəbərlər
14 Aprel 2024 10:00
96
“Sumqayıt” bombardirini itirib

Azərbaycan Premyer Liqasının XXX turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

İdman.biz xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər komanda bir futbolçusunu itirib.

Meydan sahiblərinin heyətində ən çox qol vuran iki oyunçudan biri Kasimir Ninqa növbəti turu buraxacaq. 4-cü sarı vərəqəsini alan legioner “Turan Tovuz”a qarşı oynamayacaq.

“Zirə” isə “Neftçi” ilə matça itki ilə çıxacaq. 8-ci xəbərdarlığını alan Pyer Zebli paytaxt derbisini buraxacaq.

Qeyd edək ki, “Sumqayıt”la “Zirə”nin dueli qolsuz heç-heçə ilə başa çatıb.

İdman.biz