“Qarabağ”ın “Vikipediyası”: “Araşdırma aparıram”

Müsahibə
12 Aprel 2024 17:13
233
“Qarabağ”ın “Vikipediyası”: “Araşdırma aparıram”

"Həmişə ölkələr, oyunçular və statistika haqqında daha çox öyrənmək üçün araşdırma aparıram".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliya mətbuatına müsahibəsində deyib.

Leandro Qarabağın işğalda olduğu zaman klubun necə çətin anlar yaşadığından və komandada olan ailə mühitindən danışıb: "Biz bir-birimizə ailə kimi bağlıyıq. Qurban Qurbanov hər şeyə çox ciddi yanaşır və bizlərə ata qayğısı göstərir. O, təkcə futbolun səviyyəsi ilə deyil, bizim rifahımızla da maraqlanır və heç nəyi gözdən qaçırmır".

Müsahibədə Kabo-Verde əsilli futbolçunun müxtəlif dillərə maraq göstərdiyi, artıq Azərbaycan və rus dilində danışa bildiyi üçün komandada "Vikipediya" adlandırıldığı da xüsusi vurğulanıb.

Qeyd edək ki, Andrade bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 29 oyunda 7 qol, 13 asistlə yadda qalıb.

İdman.biz